• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.

Şəhər sakini Həsənov Cəfər Mədət oğlu müraciətində obyektin yüngül konstruksiysına icazə verilən layihənin dəyişdirilməsinə köməklik olunmasını qeyd edib. Vətəndaşa rəsmi müraciət etməsi bildirilib.

Xanlıqlar kənd sakini Əhmədova Rayə Eyvaz qızının işlə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşməsi tövsiyə olunub. İstəyinə uyğun müvafiq iş yeri yaranan zaman baxılacağı söylənilib.

Şəhər sakini Abbasova Kamilə Rəcəb qızının, Xanlıqlar kənd sakini Eyvazov Hacıməmməd Mehralı oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş