Vətəndaş fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Quşçu Ayrım kənd sakini, müharibə veteranı, təqaüdçü Kərimov Arzu Teymur oğlunu fərdi şəkildə qəbul edib, onu narahat edən məsələni dinləyib. Vətəndaş müraciətində iribuynuzlu mal-qarasının
oğurlanmasını və bu məsələnin araşdırılmasına köməklik olunmasını xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri hər zaman
olduğu kimi, bu məsələnin də rayonun hüquq-mühafizə orqanları tərəfindən
ətraflı şəkildə araşdırılacağını, ehtimal olunan nə varsa, yerində dəqiq
şəkildə baxılacağını qeyd edib. İcra başçısı məsələyə dəqiq və operativ şəkildə
baxılması üçün aidiyyəti üzrə tapşırıq verib. GOYEZEN.AZ
Facebook-da paylaş