• Təqvim

  • Unutma

  • Maraq



Səyyar görüşdə qaldırılan məsələyə yerində baxılıb


İldən-ilə artan genişmiqyaslı tikinti-quruculuq işlərinin miqyasına görə böyük bir tikinti meydançasını xatırladan Qazaxda bütün sahələr diqqət mərkəzində saxlanılır. Rayonda hər zaman xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də vətəndaşların müraciətlərinə operativ şəkildə cavab verilməsi, vətəndaşın istəyinə əsasən yerində baxış keçirilməsidir. Son 3 ildir ki, rayon rəhbərinin vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə halını alıb. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hər bir rayon sakini ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacağını bilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünən Qazaxbəyli kəndində keçirilən səyyar görüş zamanı sakinlər tərəfindən qaldırılan subartezian quyusunun işləməməsi ilə bağlı müraciətlərinə əsasən bu gün yerində baxış keçirib.

Vətəndaşların subartezian quyusunda suyun olmaması barədə müraciətini nəzərə alaraq Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov və digər aidiyyəti şəxslərlə birlikdə subartezian quyusunun mövcud vəziyyəti ilə maraqlanıb. Vətəndaşların müraciətini diqqətlə dinləyən icra başçısı onları narahat edən məsələyə aidiyyəti üzrə baxılacağını bildirib.

Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov kənd sakinlərinin qaldırdığı məsələnin həlli ilə bağlı təklif və tövsiyələrini bildirib. Şənbə günü subartezian quyusunda suyun olub-olmamasının öyrəniləcəyini və işləməsi üçün lazımi tədbirlərin görüləcəyini qeyd edib.  

Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri hər zaman olduğu kimi bu məsələnin də operativ şəkildə həll olunacağını vurğulayıb və bununla bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Kənd sakinlərindən Yasin Abayev onların istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb, özünün və kənd sakinlərinin adından minnətdarlığını bildirib. Ölkə vətəndaşına göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə sonsuz təşəkkürünü çatdırıb.



GOYEZEN.AZ



Facebook-da paylaş