• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax rayonunda daim diqqət mərkəzində saxlanılan, hər zaman ön plana çəkilən sahələrdən biri də ölkə başçısı İlham Əliyevin dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amilidir. Artıq 3 il olacaq ki, rayonda dəyişməyən bir şey var ki, o da vətəndaşlara olan səmimi münasibət, rayon sakinlərinə olan diqqət və qayğıdır. Bunu rayon rəhbəri tərəfindən keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan da aydın şəkildə görmək olur. Respublika Prezidentinin də söylədiyi kimi xalqa xidmət prinsipinə söykənən bu cür görüşlərin keçirilməsində əsas məqsəd sakinlərin rahatlığını təmin etmək və onların qayğıları ilə yaxından maraqlanmaqdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Ağköynək kənd sakini Musayev Ələddin Şərəfəddin oğlunun torpaq sahəsinin ayrılmasına köməklik olunması ilə bağlı müraciətinə rəsmi şəkildə cavab veriləcəyi qeyd olunub.

Şəhər sakini Mustafayev Oqtay İsmayıl oğlu müraciətində məzuniyyət yerində çalışan həyat yoldaşının iş müddəti bitdiyi üçün başqa işlə təmin olunmasını qeyd edib. Vətəndaşa istəyinə uyğun boş iş yeri yaranan zaman baxılacağı bildirilib.

Xanlıqlar kənd sakini, Qarabağ müharibəsi veteranı İsmayılov Həmid Murğuzalı oğlunun torpaq sənədinin alınmasına köməklik olunması ilə bağlı müraciətin dinləyən rayon rəhbəri qaldırılan məsələnin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verib.

Xanlıqlar kənd sakini Hacıyev Elnur Arif oğlu həyat yoldaşı Qurbanova Nailə Müşviq qızı ilə birlikdə ünvanlı sosial yardımla təmin olunmaları barədə müraciət ediblər. Vətəndaşlara aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub.

Şəhər sakinləri Əmirxanova Ramilə Ziyəddin qızı və Həsənova Əzizə Elçin qızı övladlarının uşaq bağçalarına götürülməsi ilə bağlı müraciət ediblər. Vətəndaşlara hazırda boş yer olmadığı və növbələri çatan zaman təmin olunacaqları bildirilib.

Şəhər sakinləri İbrahimov Faiq Çoban oğlunun, Məmmədova Qotaz Qəhrəman qızının, Qasımova Xədicə Əhməd qızının, Zeynalov Çingiz Saleh oğlunun, Yusifova Xədicə İbrahim qızının, Əlizadə Yusif İsmayıl oğlunun, Əsgərova Kəmalə Nüsrəddin qızının, Daş Salahlı kənd sakinləri I qrup gözdən əlil Mustafayev Şöhrət Nuru oğlunun, Qurbanlı Muradxan Ziyada oğlunun, İkinci Şıxlı kənd sakini Dılışov Zirəddin Əmiraslan oğlunun, Ağköynək kənd sakinləri Vəliyev Vəli Mustafa oğlunun, Bədriyə Sadıkovanın, Qarapapaq kənd sakini Rəhimov Gündüz Səməd oğlunun, Xanlıqlar kənd sakini Cəfərova Zöhrə Məhəmməd qızının, Qızılhacılı kənd sakini Əsgərova Şükufə İsgəndər qızının, Kosalar kənd sakini Quluyev Bəşir Ənvər oğlunun, Aşağı Əskipara kənd sakini Həsənova Minarə Nəsib qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.











GOYEZEN.AZ



Facebook-da paylaş