Qazaxda məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə hesabat yığıncağı keçirilib
Bu gün məcburi köçkün ailələrinin məskunlaşdığı yeni
qəsəbədə Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyin
hesabat yığıncağı keçirilib. Hesabat
yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil
Vəliyev, kənd sakinləri iştirak ediblər. Hesabat yığıncağını aparmaq üçün sədr və katib
seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd olunub. Tədbiri
giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd
Alıyev açaraq məcburi köçkün ailələrini salamlayıb, yeni il münasibətilə onları
bir daha təbrik edib və möhkəm cansağlığı arzulayıb. 2018-ci ildə rayonumuzda
və nümayəndəlik tərəfindən görülmüş işlər barədə danışıb. Bildirib ki, bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi
olmasın. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, bu da
yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. "Mətanət
A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır
olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən
tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən
inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi
Xəstəxanasında da son tamamlanma işlərinin aparıldığını bildirib. Ölkə başçısının respublika və yerli əhəmiyyətli
yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların
çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazax rayonunda da uğurla
icra olunduğunu qeyd edən M.Alıyev bu sahədə məqsədyönlü işlərin görüldüyünü
bildirib. Qeyd edib ki, dövlət başçısının avtomobil
yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən
rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu
istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün
bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək
olar. Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı,
Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli, Dəmirçilər kəndlərinə yeni asfalt
yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini
tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş
miqyas alıb.
Ölkə
başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan M.Alıyev Qazax
müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamını
bu qayğının əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu Sərəncam
bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük
önəm verib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika
məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edən müavin
dövlətimizin təhsilə olan qayğısının bəhrəsi kimi dəyərləndirib. Vurğulayıb ki, Respublika
Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə
yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur
və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, 2019-cu ildə əsaslı
şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli
kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə
çatdırılacaqdır. M.Alıyev
son
iki il yarımda rayon rəhbərliyi tərəfindən Qazaxda azyaşlı körpələrə göstərilən
diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu
gün tam əminliklə deyə bilərik ki, rayon
üzrə olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə
çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından -
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3
saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı,
Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin
əyani sübutudur. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq
bağçasının da əsaslı şəkildə yenidən qurulması bu işlərin bundan sonra da
uğurla davam etdirilməsi deməkdir. Aşağı
Əskipara kənd icra nümayəndəsi İlqar İsayev geniş hesabat məruzəsi ilə çıxış
edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında 2018–ci
ildə Azərbaycan bütün istiqamətlərdə öz siyasətini daha da inamla və uğurla
aparmışdır.
İcra
nümayəndəsi qeyd edib ki, fəaliyyətə başldığı ilk gündən Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda məskunlaşmış məcburi köçkünlərlə
müntəzəm olaraq görüşmüş, onların məişət şəraitlərinin yaxşılaşdırılması
istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Məcburi köçkünlərin
yaşadıqları ərazilərdəki yollar qum-çınqılla təmir edilmiş, onların həyat
şəraitləri yaxşılaşdırılmışdır. Nümayəndəlikdən 28 nəfər məcburi köçkün ailəsi
müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuşdur.
İ.İsayev
bildirib ki, Aşağı Əskipara kənd İƏD–si üzrə nümayəndəlik 3 yaşayış məntəqəsini
əhatə edir. Aşağı Əskipara kəndi 341 təsərrüfat olmaqla 1430 nəfərdən, Bağanıs
Ayrım kəndi 144 təsərrüfat olmaqla 669 nəfərdən, Xeyrımlı kəndi 67 təsərrüfat
olmaqla 313 nəfərdən ibarətdir. Nümayəndəliyin əhatə etdiyi yaşayış
məntəqələrində bir tam orta ümumtəhsil məktəbi və iki ibtidai məktəb fəaliyyət
göstərir. Məktəblərdə ümumilikdə 176 şagird təhsil alır, 35 nəfər müəllim
təlim-tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbin 11 məzunundan 5 nəfəri
ali məktəbə, 3 nəfəri orta ixtisas məktəbinə daxil olmuşdur. Hesabat
ilində Aşağı Əskipara kənd sakinlərinin müraciətlərinə baxılmış, 15 şifahi və 7
yazılı ərizələri tərəfimizdən müzakirə və həll edilərək lazımi köməkdarlıq
göstərilmişdir. İmkanlarımız daxilində olmayan məsələlərin həlli isə rayon
rəhbərliyinin göstərişi ilə aidiyyəti təşkilatlar tərəfindən yerinə
yetirilmişdir. Hesabat dövründə 13 doğum, 4 nigah, 13 ölüm
qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi
qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və
qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və
quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və
statistika idarəsinə hesabat verilmişdir. Onu da qeyd
etmək lazımdır ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri,
Qarabağ müharibəsi əlilləri və imkansız ailələr həmişə diqqət mərkəzində olmuş,
onlara bayram bağlamaları verilməsi ənənə şəklini almışdır. Məlum olduğu
kimi xalqımızın ən yaralı yerlərindən biri Qarabağ problemidir. Rayonumuzun
Aşağı Əskipara kəndi də daxil olmaqla 7 kəndi erməni işğalına məruz qalmışdır. Bu
işğal dövründə şəhid, əlil və itkin düşənlərimiz olmuşdur. Sonra
məruzə ətrafında çıxış edən Bağanıs Ayrım kənd sakini Şəmil Adıgözəlov, Aşağı
Əskipara kənd sakinləri Əziz Həsənov, Rasim Süleymanov, Asif Yusifov və
başqaları çıxış edərək onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə
prezidenti İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin
minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu
gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə
olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Qəsəbədə
xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağar quraşdırılması,
oradakı avadanlıqların yığılması üçün xüsusi yerin ayrılması, qəsəbənin
işıqlandırılması, istər bağçada, istərsə də məktəbdə gələcəyimiz olan uşaqlara
hər cür şərait yaradılması biz sakinlərə göstərilən diqqət və qayğı deməkdir. Çıxış edənlər qeyd
ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan
sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan
İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş
torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq.
GOYEZEN.AZ
Facebook-da paylaş