Qazaxda istixanaların sayı getdikcə artır
Respublikamızın
bütün bölgələrində olduğu kimi, Qazaxda da sahibkarlara və fermerlərə lazım
olan bütün şərait yaradılır. Son iki il yarımda rayon rəhbərliyi tərəfindən bu
sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda əkin sahələrinin
hektarı ildən-ilə genişləndirilir. Bu gün isə
sevindirici haldır ki, əkin sahələri ilə yanaşı, istixanaların da sayı getdikcə
artır. Yeni yaradılmış bu istixanalar eyni zamanda yeni iş yerlərinin açılması,
əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir. Öz kiçik təsərrüfatını
quraraq çörək pulunu halal zəhməti ilə torpaqdan qazanan fermerlərdən biri də Anar Əfəndiyevdir. Uzun müddət təsərrüfatla məşğul olmuş A.Əfəndiyev
təsərrüfatını genişləndirərək istixana qurmağı qərara alıb. Bu gün Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup nümayəndənin
iştirakı ilə fermerlər və onların yeni yaratdığı təsərrüfatlarla tanışlıq məqsədilə
rayonda yaradılmış istixanalarda olublar. Çaylı kəndi ərazisində Anar Əfəndiyevə məxsus yeni yaradılan istixanada görülən işlərlə tanış
olan rayon rəhbərliyinə məlumat verilib ki, istixananın sahəsi 0,55 hektardır. Təsərrüfat
rəhbəri qeyd edib ki, yeni yaradılan bu istixanada pomidor yetişdirilməsi nəzərdə
tutulub. A.Əfəndiyev təsərrüfata müasir standartlara və aqrotexniki qaydalara
uyğun xidmət göstərilməsi üçün lazımi hazırlıq işlərinin də görüləcəyini
bildirib. İstixanada
görülən işlərlə tanış olan M.Alıyev öz tapşırıq və tövsiyələrini verib, gələcək
işlərində ona uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş