• Təqvim

  • Unutma

  • Maraq



Yeni il şənliyinə hazırlıq işlərinə başlanılıb

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilir. Şəhər və kəndlər bayramsayağı bəzədilir, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi üçün lazımi tədbirlər görülür. Artıq şəhərin mərkəzində yeni təqvim ilinin gəlişi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

Şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında 9 metr hündürlüyündə yolkanın bəzədilməsi işlərinə start verilib. Bundan əlavə, park və küçələr, ticarət və iaşə obyektlərinin vitrinləri bayramsayağı bəzədilib. Şəhərin gecə işıqlandırılmasına xüsusi diqqət yetirilib, küçə və meydanlar, fərdi evlərin və ictimai binaların fasad və eyvanları bayram oyuncaqları ilə bəzədilib.

Bu gün şəhərdə yeni ilə hazırlıqla bağlı görülmüş işlərlə tanış olmaq üçün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzi küçələrinə və parklara baxış keçirib, müvafiq tapşırıq və tövsiyələrini verib.















GOYEZEN.AZ


Facebook-da paylaş