İkinci Şıxlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun
sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün Azərbaycanın
regionda iqtisadi gücə sahib olan bir dövlət kimi tanınması müasir Azərbaycanın
qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət
quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı
strateji addımların nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda müstəqil
dövlətçiliyin qorunması ənənəsinin yaradılması ulu öndərin, dövlətimizin,
milli iqtisadiyyatımızın yüksək sürətlə inkişaf etməsi və daha da güclənməsi Prezident
İlham Əliyevin adı ilə bağlıdır. Məhz son 15 il ərzində Prezident İlham Əliyev ulu öndərin qurduğu təməl üzərində
Azərbaycanı bütün dünyada güclü dövlət kimi tanıdır, beynəlxalq aləmdə nüfuzunu
artırır. Bu gün diqqət çəkən
məqamlardan biri odur ki, ölkəmizdə aparılan sürətli və dinamik inkişaf
paytaxtla yanaşı, respublikamızın digər bölgələrində də uğurla davam etdirilir.
Son iki il yarım ərzində Qazaxda aparılan genişmiqyaslı abadlıq,
tikinti-quruculuq işləri, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər
sahələrdə əldə edilən uğurlar bunu söyləməyə əsas verir. Ötən bu müddət ərzində
rayonda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaş amilinin
ön plana çəkilməsidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə
keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin
müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə
yanaşması bunun barzi nümunəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, rayon
rəhbərinin sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb. İcra başçısı bu gün də cari
ilin proqramına uyğun olaraq rayonun İkinci Şıxlı kəndində yaşayan sakinlərlə
səyyar görüş keçirib. İkinci Şıxlı kənd tam orta
məktəbin qarşısında keçirilən görüşdə RİHB aparatının məsul şəxsləri, aidiyyəti
idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Səmimi söhbət əsasında
keçən görüşdə rayonumuzda, eləcə də kənddə görülən tikinti-quruculuq
işlərindən, sosial-iqtisadi sahədə əldə edilən göstəricilərdən söz açılıb,
qazanılan uğurlardan, sakinləri narahat edən qayğılardan danışılıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri salamlayıb
və bildirib ki, həmişə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz
sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində
əməli işlər görməkdir. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının
tapşırığına əsasən keçirilən səyyar görüşlər bir amala xidmət edir ki, onun da
əsasında siz vətəndaşlar dayanır. Respublika Prezidenti İlham Əliyevin də söylədiyi
kimi bu gün Azərbaycan dövlətinin siyasətinin təməlində xalq və vətəndaş amili
dayanır. Dövlət siyasətinin prioritet
istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön
plana çəkildiyini vurğulayan rayon rəhbəri bildirib ki, fəaliyyətə başladığı ilk
gündən hər zaman siz sakinlərin arasında olmağı, sizləri narahat edən qayğıları
öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. 2016, 2017-ci illərdə
rayonumuzda aparılan quruculuq işlərini müqayisə edən icra başçısı bu il
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq
Qazaxda görülən işlərin daha geniş vüsət aldığını bildirib. İcra başçısı istifadəyə
verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından,
rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından söz açaraq
bildirib ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Qeyd edib ki, bu gün
Qazaxda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150
nəfərin çalışması nəzərdə tutulub. Bu
isə o deməkdir ki,
yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin
yaradılması böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri "Mətanət A” şirkəti
tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda
İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda,
"Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən
"Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında
son tamamlanma işlərinin aparıldığını bildirib. Bütün müəssisələrdə
avadanlıqların quraşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin
Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı
imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamdan söz açan icra başçısı son
iki il yarım ərzində həmin Sərəncamın uğurla icra edildiyini bildirib. Rayon
rəhbəri həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli
yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya,
elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində
abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə
xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın
həyətində bu işin davam etdirildiyini qeyd edib. Rayonda olan 163 ədəd
çoxmənzilli yaşayış binasından artıq 127 ədədinin yüksək səviyyədə təmir
olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış
şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Cari ildə Heydər Əliyev
prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan
yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı
küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli,
Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən
13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə,
Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını
rayonda təmir olunan binalara nümunə olaraq göstərib. Bundan əlavə, dövlət
başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam
örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4
oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla icra olunduğunu diqqətə
çatdıran rayon rəhbəri həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92
ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1
ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam
örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib.
Hal-hazırda bu gün şəhərin N.Nərimanov
yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası
olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı
şəkildə təmir olunduğunu bildirib. Dövlət başçısının təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib
ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd
edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli
Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman
böyük önəm verib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika
məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd
edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü
fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam
orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə
veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Bundan əlavə,
2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar,
Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən
səviyyəyə çatdırılacaqdır. Bütün bunlar isə
dövlətimizin və dövlət başçısının təhsil sahəsinə olan böyük qayğısıdır. İcra başçısı bildirib ki,
ötən ay "Ölkəmizi tanıyaq” layihəsində qazaxlı məktəblilərin Azərbaycan
İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?,
harada?, nə zaman?” adlı bilik yarışmasından qalib kimi qayıtması bunu bir
daha sübut etdi ki, təhsilə göstərilən qayğı öz bəhrəsini verir. 9 rayon
arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da
Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirən məktəblilərin bu
qələbəsini yüksək qiymətləndirən rayon rəhbəri təhsilə olan qayğının təzahürü
olduğunu çatdırıb. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın
iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandasının 1-ci yeri
qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülməsini, bundan
əlavə, məktəblilərin "Asan həyat" kompleksindəki "İntellektual
mərkəz"də "Breyn Rinq" yarışmasından da qalib kimi dönmələri
təhsil sahəsinə göstərilən qayğıya əsl töhfədir. Bildirib ki, bu qələbənin
qazanılmasında noyabr ayının 10-da Qazax Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə hazırlanmış ”Rayonumuzu tanıyaq” devizi
altında təşkil olunmuş turun da böyük əhəmiyyəti oldu. Rayon rəhbəri son illər
Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam,
hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən
də danışıb. Bildirib ki, bu gün tam
əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 16-sı müasir
standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5
saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün
salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı,
Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları,
Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu
dediklərimizin əyani sübutudur. Şəhərdə yerləşən 6 saylı
körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən
icra başçısı bu gün rayonda daha 8 bağçanın və həmin bağçalardan da
ikisinin İkinci Şıxlı kəndində yerləşdiyini qeyd edib. Aşağı Salahlı,
Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər
birində 1 bağçanın, eyni zamanda bu kənddəki həmin bağçaların da təmir
olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara
göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də
yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu bildirib. Ölkə başçısının respublika
və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə
yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan danışan
icra başçısı rayonumuzda da bu sahədə məqsədyönlü işlərin görüldüyünü bildirib. Ölkə başçısının 19 avqust
2016-cı il tarixli Sərəncamına əsasən 6 min nəfər əhalisi olan 2 yaşayış
məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə
başlanılmasını, həmin ilin oktyabrın 19-da isə cənab Prezidentin yeni avtomobil
yolunun açılışında iştirak etməsini bu sahədə görülən işlərin əyani sübutu kimi
qiymətləndirib. Bundan əlavə,
Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamın bu
inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə böyük
təkan verdiyini bildirib. Qeyd edib ki, imzalanmış həmin Sərəncamın nəticəsidir
ki, bu gün Cəfərli kənd sakinləri yeni asfalt yoldan rahat şəkildə istifadə edə
bilirlər. Dövlət başçısının avtomobil
yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən
rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu
istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün
bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək
olar. Qazaxda son iki il yarım
ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni
asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət
həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər
geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi
istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir
ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb.
2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol
infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində
yeni asfalt yolun çəkilməsi başa çatıb. Bu kənddə də yaxın vaxtlarda
çəkilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki,
bu gün görülən bütün işlər, həyata keçirilən genişmiqyaslı layihələr, əldə
edilən bütün uğurlar bir amala və məqsədə xidmət edir ki, onun da kökündə
vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində qurulub və onların rifah
halının yaxşılaşdırılmasına yönəlib. İcra
başçısı bu gün "Şıxlı" dövlət
sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti və Dövlət
Sərhəd Xidməti rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin istifadəyə
verilməsinin vətəndaşlara
göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci
Şıxlı kəndində də quruculuq işlərinin aparıldığını vurğulayaraq qeyd edib ki, ötən il Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci
Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri
aparılıb. Yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında
dekorativ tor çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib,
asfalt vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ
işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik
verir. Eyni zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir
standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya
daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya
yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən
yonularaq hamar edilib. İcra başçısı rayonda
mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyinin, istərsə də
qazın təzyiqinin normal səviyyədə olması üçün məqsədyönlü işlər görüldüyünü və
bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edib. Bildirib
ki, rayonda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması üçün müsbət işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab
verən yeni transformatorların və elektrik xətlərinin çəkilməsi, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd
kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu iş
başa çatıb. Rayon rəhbəri qeyd edib ki,
kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması
istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım
ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə
etdikdə bunu aydın şəkildə görmək olar. 2016-cı ildə 16520,6
hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin
aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77
hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar
olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə
tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3
hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İllər
üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının
inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz
bəhrəsini verir. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın
artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il
yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə
etdikdə bunu aydın şəkildə görmək olar. İcra başçısı qeyd edib ki,
dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla
təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün
hər il daha çox maraq göstərirlər. Rayonda əkin aparılmış taxıl sahələri artan
templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559
hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11040 hektar
taxıl sahəsindən 8289 hektarında buğda, 2751 hektarında arpa əkilmişdir.
2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də
taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır.
9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. Qeyd edib ki, 2019-cu ildə
də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan
9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda
2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 12878
hektar sahədə şumlanma aparılmış, 7520 hektar buğda, 3859 hektar arpa olmaqla,
cəmi 11379 hektarda taxıl səpilmişdir. Bildirib ki, İkinci Şıxlı kəndində də
1100 hektar ərazidə taxıl səpilməsi nəzərdə tutulub ki, onun da 650 hektarını
buğda, 450 hektarını isə arpa təşkil edir. Bu günə kimi 740 hektar sahədə
buğda, 320 hektar sahədə arpa olmaqla, 1060 hektar sahədə səpin aparılmışdır. Rayon rəhbəri payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin
suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il
də suvarma arx və kanallarının təmizlənməsinin vacibliyindən söz açıb. Qeyd
edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə
tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci
ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri
görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə
arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun
da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi
planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin
artacağı gözlənilir. Bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan
266,58 km-in 94,54 km-i təmizlənib. Bunun da 53,71 km-i əl əməyi, 40,83 km-i
isə texnika vasitəsilə həyata keçirilib. Səyyar görüşdə İkinci Şıxlı kəndində 11,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin
aparılması nəzərdə tutulub. 5,10 km-in texnika, 6,50 km-in isə əl əməyi ilə təmizlənəcəyi
çatdırılıb. Texnikanın işləyə bilmədiyi yerlərdə kənd sakinlərinin iştirakı ilə
əl əməyinin gücündən istifadə edildiyi bildirilib. Bu günə kimi 11,23 km-in təmizləndiyi,
6,18 km-in texnika, 5,05 km-in əl əməyi ilə aparıldığı vurğulanıb. Kənd sakinlərindən Rəna
Yusifova, Vasif Hüseynov, Təranə Əhmədova, Şahin Qəfərov, Binnət Binnətov,
Zəlimxan Mustafayev, Rahilə Osmanova, Flora Məhəmmədova və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax
rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün
sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən müddət ərzində
Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə
qarşıladıqlarını qeyd ediblər. Bugünkü səyyar görüşü
yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və
istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar.
Vətəndaşlar tərəfindən səsləndirilən kənddə qəzalı vəziyyətdə olan işıq
dirəklərinin dəyişdirilməsi, əhalinin rahat şəkildə gediş-gəlişini təmin etmək
məqsədilə magistral yolda keçidin qoyulması və s. məsələlərlə bağlı
müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə
baxılacağını bildirib. Əksər məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar
verib. İcra başçısı Rəcəb Babaşov
görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin
təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində
quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş
də bunun bariz nümunəsidir. GOYEZEN.AZ
Facebook-da paylaş