Qazaxda Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb
Dövlət Miqrasiya Xidməti Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük
Komitəsi ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət
sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin fəaliyyətinin
təşkilini davam etdirir. Bu gün "Şıxlı" dövlət sərhədindən
buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd
Xidməti rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin açılışı olub. Açılış münasibətilə
keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, "Sınıq Körpü” Buraxılış
Məntəqəsinin, sərhəd xidmətinin əməkdaşları, Kütləvi İnformasiya Vasitələrinin
nümayədələri iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin
rəisi Vüsal Hüseynov çıxış edərək respublikamızın quru dövlət sərhədindən
buraxılış məntəqələrində də miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətini
qeyd edərək yeni bölmənin fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edib ki, fəaliyyətə
başlayan yeni miqrasiya bölməsi miqrasiya qanunvericiliyinin tələblərini pozmuş
əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış
etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin
göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən
və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının
təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması
və məmnunluğunun artırılmasına xidmət edəcək. Xidmət rəisi bildirib ki, yeni
miqrasiya bölməsi ilk vaxtlarda ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya
sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi
məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin
ölkədən çıxış vaxtı dövlət sərhədindən buraxılış məntəqəsində operativ və
yerində həll edilməsi, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta
törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra
edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə
ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin
alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışların
verilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Xidmət rəisi həmçinin gələcəkdə
göstərilən xidmətlərin sayının artırılmasının nəzərdə tutulduğunu da qeyd edib.
Açılış tədbirində
iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək
Qazaxda yeni miqrasiya bölməsinin istifadəyə verilməsi münasibətilə miqrasiya
xidmətinin əməkdaşlarını, eləcə də rayon sakinlərini səmimi qəlbdən təbrik
edib. İcra başçısı
qeyd edib ki, respublikamızın ən ucqar rayonu olan Qazaxda, sərhəd keçid məntəqəsində
yeni miqrasiya bölməsinin yaradılması doğrudan da sevindirici və şərəfli bir
işdir. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızın
inkişafı göz qabağındadır. Ölkəmizdə turizmin, eyni zamanda iqtisadiyyatın
inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. İqtisadi maraqların
təmin olunması, vətəndaşların ölkəyə rahat şəkildə daxil olması istiqamətində
mühüm addımlar atılır. Bu baxımdan bu gün açılışını etdiyimiz miqrasiya
xidmətinin yeni bölməsi respublikamıza gələn əcnəbi qonaqlarla yanaşı, eyni
zamanda ölkə vətəndaşlarının da rahatlığına xidmət göstərəcəkdir. Vətəndaş
məmnunluğuna nail olmaq üçün bu bölmənin yaradılması olduqca əlamətdar
hadisədir. Rayon rəhbəri
Qazaxda sərhəddə yeni miqrasiya bölməsinin yaradılmasına, ən əsası da
vətəndaşlara göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham
Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım
Əliyevaya bütün Qazax ictimaiyyəti, ziyalıları və öz adından dərin
minnətdarlığını bildirib. Dövlət Miqrasiya Xidmətinin və Dövlət Sərhəd
Xidmətinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.
Dövlət Sərhəd
Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək ilk növbədə Dövlət Miqrasiya Xidmətinin yeni bölməsinin
açılışı münasibətilə xidmətin əməkdaşlarını təbrik edib və gələcək xidməti
fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, son illər Respublika
Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr üzərinə miqrasiya sahəsində
çox ciddi işlər görülür. Dövlətimizin təhlükəsizliyinin qorunması sahəsinə
miqrasiya xidməti çox böyük töhfələr verir. Ölkəmizdə bir tərəfdən
təhlükəsizliyin təmin edilməsi, digər tərəfdən insanların məmnunluğunun artması
miqrasiya əməkdaşlarının göstərdiyi yüksək xidmətlərin nəticəsidir. Bu gün bu
ərazidə yeni miqrasiya bölməsinin açılışı
vətəndaşların rahatlığının təmin olunmasına daha bir töhfə olacaqdır. Çıxışlar başa
çatdıqdan sonra yeni miqrasiya bölməsinin açılışını bildirən qırmızı lent
kəsilib və iştirakçılar bölmədə yaradılan şəraitlə tanış olublar. Sonra Dövlət
Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov xidmət tərəfindən görülən işlər
barədə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə müsahibə verib.
Daha sonra Dövlət
Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Sərhəd Xidmətinin
rəisi general-polkovnik Elçin Quliyev rayon rəhbərliyi ilə birlikdə "Sınıq
Körpü” Buraxılış Məntəqəsində yaradılan şəraitlə tanış olub, vətəndaşlara
göstərilən xidmətlərlə maraqlanıblar. Qonaqlara məntəqənin
ərazisində görülən işlər barədə məlumat verilərək bildirilib ki, ötən il Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu
nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində
geniş abadlıq və quruculuq işləri aparılıb. Yolun hər
iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib,
həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və
sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma
sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni
zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab
verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından
dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb.
Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar
edilib. Məlumat üçün onu da qeyd edək ki, yeni
miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə "Şıxlı”
dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən
əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq
xidmətlərin göstərilməsini təmin edəcək. GOYEZEN.AZ
Facebook-da paylaş