Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini
ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.
Kosalar kənd sakini, şəhid anası Əsgərova Raya Abuzər qızının şəhid olmuş
oğlu Əsgərov Kərim Qinyaz oğluna veriləcək birdəfəlik ödəmə ilə bağlı müraciətini dinləyən icra başçısı
qaldırılan məsələyə diqqətlə yanaşılacağını bildirib. Araşdırılması üçün aidiyyəti
üzrə müraciət etməsi tövsiyə olunub.
Xanlıqlar kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Xankişiyeva Əsli
Məmməd qızının nəvəsinin işlə təmin olunmasına köməklik
edilməsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri ixtisasına uyğun
olaraq dövlət qulluğuna imtahanda iştirak etməsini təklif edib.
Şəhər sakini
Hacıyeva Solmaz Mamed qızının işlə bağlı müraciəti də müsbət həll olunub.
Vətəndaşın işlə təmin olunması ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib.
İkinci Şıxlı
kənd sakini, II qrup gözdən əlil Süleymanov Elgün Şahid oğlu ünvanlı sosial
yardımla təmin olunmasına, Bala Çaylı kənd sakini Məmmədova Leylifər Mirzalı
qızı isə oğlunun xəstəliyi ilə bağlı əlillik dərəcəsinin alınmasına köməklik
edilməsini xahiş ediblər. Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri qaldırılan
məsələlərlə bağlı aidiyyəti üzrə müraciət etmələrini qeyd edib.
Kosalar kənd sakini Qasımov Adil Bayraməli oğlunun, Yuxarı
Salahlı kənd sakini Rüstəmov Ramazan Muxtar oğlunun, Yuxarı Əskipara kənd sakini
Tağıyev Ramin Vaqif oğlunun, Xanlıqlar kənd sakini, III qrup əlil Daşdəmirov
İlqar Mərkəz oğlunun müxtəlif səpkili
müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş