Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini
ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.
Xanlıqlar kənd sakini, II qrup əlil Abbasova Ləman Rəfail qızının işlə təmin
olunmasına köməklik edilməsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri
Məşğulluq Mərkəzində qeydiyyata yazılmasını tövsiyə edib.
Şəhər sakini,
II qrup əlil Həsənova Solmaz Məcid qızı evinin təmirinə və kanalizasiya
xəttinin çəkilməsinə köməklik olunmasını
xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri yerində baxış
keçirilməsini aidiyyəti üzrə tapşırıb.
Qarapapaq kənd sakini Zeynalova Səadət Pənah qızı Rusiya vətəndaş olan
qızının işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa bildirilib ki,
övladı xarici ölkə vətəndaşı olduğu üçün əvvəlcə Azərbaycan vətəndaşlığını
almalı, eyni zamanda da təhsil aldığı diplomu tanıtmalıdır. Bununla bağlı
aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.
Şəhər sakinləri Musayeva Xəyalə Müqabil qızının, Quliyeva Samirə Ələddin
qızının, Orucova Natavan Qələndər qızının, Mehdiyev Elnur Mehrac oğlunun, Orta Salahlı
kənd sakini Hacıyev Həsən Mehralı oğlunun, Ürkməzli kənd sakini İbrahimova QəndəfFərhad qızının, Ağstafa şəhər sakini
Əhmədov Ziya Tahir oğlunun müxtəlif səpkili
müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş