• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Ağköynək kənd sakini İsgəndərov Elşən Ayvaz oğlu müraciətində evinin tikintisinə və oğlunun müalicəsi ilə əlaqədar Bakı şəhərinə aparılması üçün təcili tibbi yardım maşını ilə təmin olunmasına köməklik göstərilməsini bildirib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri evinin tikintisi məsələsinə baxılacağını bildirib. Oğlunun müalicəsi ilə bağlı aidiyyəti üzrə tapşırıq veriləcəyini qeyd edib.

Şəhər sakini, Əməkdar mədəniyyət işçisi, təqaüdçü Tağıyev Vasif Əsgər oğlu Prezident təqaüdünün verilməsinə köməklik göstərilməsini xahiş edib. Vətəndaşa rəsmi ərizə ilə müraciət etməsi və özü haqqında ətraflı məlumat təqdim etməsi tövsiyə olunub.

Çaylı kənd sakini Gülümcanov Yaşar Rahat oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq qaldırılan məsələnin ətraflı şəkildə araşdırılması və köməklik olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Şəhərin H.Əliyev prospekti 127 ünvanında yaşayan bina sakinlərindən Ülviyyə Salmanova, Natella Süleymanova, Gülşadə İsmayılova, Solmaz Əliyeva, Hafiz Mürsəlov yaşadıqları binanın sənədləşməsinə və təmir olunmasına görə müraciət ediblər. Vətəndaşların müraciətini diqqətlə dinləyən icra başçısı rayondakı digər çoxmənzilli binalar kimi yaşadıqları binanın da əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu qeyd edib. Sənədləşmə ilə bağlı məsələnin ətraflı şəkildə araşdırılmasını və vətəndaşlara köməklik göstərilməsini tapşırıb.

Şəhər sakinlərindən Qarasaqqalova Gözəl Mikayıl qızının, Hüseynova Zəminə Rasim qızının, Xəlilova Ləman Elman qızının, Qarapapaq kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Rəhimov Gündüz Səməd oğlunun, Xanlıqlar kənd sakini Adıgözəlzadə Nurfaq Zəkəriyyə oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.



GOYEZEN.AZ

 



Facebook-da paylaş