Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Şəhər sakinləri Məmmədova Gülnar Vilayət qızının özünün, Qapaqova Aida Rəhim qızının gəlninin işlə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşlara xalça müəssisəsində işləmələrini təklif edib.
Quşçu Ayrım kənd sakini Nuruyeva Gülayə Eldar qızı evinin dam örtüyünün düzəldilməsinə köməklik göstərilməsini xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri yerində baxış keçirilməsi və köməkilk göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib. Vətəndaşın oğlunun işi ilə bağlı müraciətinə cavab olaraq ixtisasına uyğun imtahan verməsini tövsiyə edib.
Çaylı kənd sakini Alıyeva Emelya Nəbi qızı xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin alınmasına köməklik olunması barədə müraciət edib. Vətəndaşa lazım olan sənədlərin toplanaraq təqdim edilməsi bildirilib və yerində araşdırılması aidiyyəti şəxslərə tapşırılıb.
Şəhər sakinləri İravanlı Xətayə Kürd qızının, şəhid anası Məhərrəmova Bənövşə Yusif qızının, Mustafayev Nurəddin Ənvər oğlunun, Kosalar kənd sakinləri Əsgərov İlqar Hampoy oğlunun, Alızadə İlqar Xalid oğlunun, Bakı şəhər sakini Mirzəyev Arif Mahmud oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş