• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Xanlıqlar kənd sakini Hüseynov Həzi Məhərrəm oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşa istəyinə uyğun boş iş yeri olan zaman köməklik göstəriləcəyini bildirib.

Şəhər sakinləri Vəliyeva Saadə Əli qızının nəvələrinin qeydiyyata düşməsinə köməklik göstərilməsi, Gəncəliyeva Pambıq Qara qızının evinin yanından keçən su borusunun tutulması və üzərində qeyri-qanuni tikilinin aparılması, Birinci Şıxlı kənd sakini, I qrup əlil Mahmudov Məmməd Paşa oğlunun torpaq məsələsi ilə bağlı müraciətlərinə cavab olaraq qaldırılan məsələlərin yerində araşdırılacağı qeyd olunub və bununla bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilib.

Şəhər sakini Məmmədova Firuzə Səttar qızı sahibkarlıq məqsədilə verilmiş torpaq sahəsinin sənədləşməsinə, Çaylı kənd sakini Ayralova Nailə Həsən qızı isə anasının adına verilmiş torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsini xahiş edib. Vətəndaşların müraciətini dinləyən icra başçısı qaldırılan məsələlərlə bağlı köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib.

Kəlbəcər rayonundan məcburi köçkün olan. Hazırda Çaylı kəndində yaşayan Cəlilov Mətləb Cavanşir oğlu onu fərdi şəkildə qəbul etdiyinə görə minnətdarlığını bilidirib. O, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikiləcək mənzillərdən biri ilə təmin olunmasını xahiş edib. İcra başçısı vətəndaşın istəyini nəzərə alaraq növbəti dəfə yeni binalar inşa olunan zaman köməklik göstəriləcəyini bildirib.

Daş Salahlı kənd sakini Qasımov Elmar Sahib oğlu şeir yazmasını və bununla bağlı müsabiqədə iştirak etməsini bildirib. Vətəndaşa Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialına müraciət etməsi tövsiyə olunub. 

Qarapapaq kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, Qarabağ Qazilər Birliyinin Qazax filialının sədri Rəhimov Gündüz Səməd oğlu sədrlik etdiyi birlik üçün ofis binasının verilməsini və maliyyə dəstəyinin olunmasını xahiş edib. Vətəndaşın müraciətinə cavab olaraq birliyin Əsasnaməsini təqdim etməsi və boş yer olan zaman köməklik olunacağı qeyd olunub.

Daş Salahlı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Mustafayev Vahid Mahal oğlunun, şəhər sakinləri Əmirxanova Ramilə Ziyaddın qızının, Məmmədova Mehriban Baba qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.











GOYEZEN.AZ



Facebook-da paylaş