N.Nərimanov yaşayış massivində yaşayan sakinlər minnətdarlıqlarını bildiriblər
Bu gün N.Nərimanov yaşayış massivində yerləşən çoxmənzilli binalarda yaşayan sakinlərin yaddaşına unudulmaz bir gün yazılırdı. Massivdə əsl bayram əhval-ruhiyəsi yaşanırdı. Üzlərdə xoş təbəssüm, könüllərdə sevinc hissi hökm sürürdü. Çünki bina sakinləri rayon rəhbərinə olan minnətdarlıqlarını bildirmək üçün onunla görüş təşkil edirdilər.
Massivdə təmir işləri tam başa çatmış 41,42,43,44,45,46,47,48 saylı binalarda yaşayan sakinlərin səmimi münasibətini və onunla görüşmək istəyini hörmətlə qarşılayan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun massivə gəlişini toy-bayram kimi qeyd edirdilər. Rayon rəhbərini gül-çiçəklə qarşılayan sakinlər ona olan ürək sözlərini çatdırır, ən xoş təbriklərini söyləyirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səmimi söhbət əsasında keçən görüşdə çıxış edərək bildirdi ki, rəhbər kimi təyin olunduğum ilk gündən siz sakinləri narahat edən məsələlərin həll olunması iş fəaliyyətimin başlıca hissəsini təşkil edib. Qaldırılan hər bir məsələyə xüsusi qayğı ilə yanaşmışam. Bu gün sizlərin mənə olan hörməti bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda olduğu kimi həyata keçirilib.
Ölkə Başçısının apardığı quruculuq siyasətinin son 2 il ərzində Qazaxda da uğurla həyata keçirildiyini qeyd edən rayon rəhbəri bütün sahələrin inkişaf etdiyini, yüksək göstəricilərin əldə edildiyini bildirib.
Rayon rəhbəri “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, istifadəyə verilən sosial obyektlərdən, yeni iş yerlərinin yaradılmasından da danışıb.
Bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə davam etdirilir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, son tamamlanma işləri görülür.
Çoxmənzilli binalarda görülən işlərdən danışan İcra Başçısı bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması rayonda aparılan quruculuq işlərinin bariz nümunəsidir. Eyni zamanda həmin sərəncama uyğun olaraq bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılması bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunaraq bina sakinlərinin ixtiyarına verilməsi bu istiqamətdə görülən məqsədyönlü işlərin əyani sübutudur.
“N.Nərimanov yaşayış massivində yerləşən binaların da təmir olunması məni narahat edirdi və daim nəzarətimdə idi. Bu gün çox şükür ki, bu binalar da yüksək səviyyədə təmir olundu və 165 ailənin yaşayış şəraiti yaxşılaşdırıldı. Siz vətəndaşlar daha yaxşı şəraitdə yaşamalı, hər zaman diqqət və qayğı ilə əhatə olunmalıdır” - deyən İcra Başçısı çoxmənzilli binalarda görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
Binada yaşayan sakinlərdən Dilarə Nağıyeva, Firəngiz Hacıyeva, Vəzir Pənahov, 4 saylı uşaq bağçasının müəllimi Elnarə Paşayeva və başqaları söz alaraq onların xahişini nəzərə alıb, bugünkü görüşü onlara bəxş etdiyinə görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirib, xoş sözlərini çatdırıblar.
Respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün binada yaşayan sakinlər adından təşəkkürlərini bildiriblər. Çıxış edən sakinlər son 2 ildə rayonda həyata keçirilən bütün təmir işlərinin keyfiyyətlə aparıldığını qeyd edib və bunu yüksək qiymətləndirdiklərini vurğulayıblar.
Binada yaşayan azyaşlı sakinlərdən Fuad Orucov və İbrahim Nəsibov isə rayon rəhbərinə olan minnətdarlıqlarını şeir söyləyərək bildiriblər.
Çay süfrəsi ətrafında səmimi şəkildə keçirilən bugünkü görüş və sakinlərin söylədikləri xoş sözlər bir daha onu sübut edib ki, Qazaxda vətəndaşlarla rayon rəhbərliyi arasında 2 il bundan əvvəl yaranan isti münasibət və doğmalıq bu gün də var.
Görüş başa çatdıqdan sonra rayon rəhbəri bilavasitə İcra Hakimiyyətinin dəstəyi ilə Kommuna kəndində inşa olunan ATS-ə baş çəkib, görülən işlərlə tanış olub. Mövcud vəziyyətlə tanış olan İcra Başçısı tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ
Facebook-da paylaş