• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub

Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Qazaxda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.

Bu gün rayonda daha bir sahibkarlıq obyektinin açılışı olub. “İK MARKET” adlanan ərzaq məhsulları mağazası rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir.
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni marketin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və marketin əməkdaşlarını səmimi qəlbdən təbrik edib, yeni yaradılan marketə öz xeyir-duasını verib. Qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün Qazaxda sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.

AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Qazaxda bütün sahələrə qayğı ilə yanaşıldığından danışıb və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün rayon sakinlərinin təşəkkürünü çatdırıb.
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Mağaza sahibi Kamil Əsədov rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, marketdə 20 nəfər işlə təmin olunmuşdur.
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Marketin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbərliyi marketlə tanış olub, burada satılan məhsullarla maraqlanıb.

Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
Qazaxda daha bir sahibkarlıq obyektinin açılışı olub
GOYEZEN.AZ


Facebook-da paylaş