• Təqvim

  • Maraq



İcra Başçısı rayon Təhsil Şöbəsinin inzibati binasına baxıb

İcra Başçısı rayon Təhsil Şöbəsinin inzibati binasına baxıb
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 2 saylı uşaq bağçasının binasında aparılan əsaslı təmir-bərpa işlərinə baxdıqdan sonra rayon Təhsil Şöbəsinin inzibati binasına gəlib. Rayon rəhbərliyi binanın hər 2 mərtəbəsini gəzərək vəziyyətlə yerində tanış olub.

Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binada uzun illər heç bir təmir işləri aparılmayıb. Ona görə də günün müasir tələblərinə cavab vermir. İnzibati binanın əsaslı təmirə böyük ehtiyacı var.

Rayon rəhbərliyi Təhsil Şöbəsinin inzibati binasındakı vəziyyətlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

İcra Başçısı rayon Təhsil Şöbəsinin inzibati binasına baxıb
İcra Başçısı rayon Təhsil Şöbəsinin inzibati binasına baxıb
İcra Başçısı rayon Təhsil Şöbəsinin inzibati binasına baxıb
GOYEZEN.AZ
[right][/right]


Facebook-da paylaş