• Təqvim

  • Maraq

İcra başçısı Orta Salahlı kəndində səyyar görüş zamanı sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanmasını bütün sahələrdə görürük ki, bu, hər bir dövlət məmuruna örnək olmalıdır. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

İyunun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Orta Salahlı kəndində yaşayan vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kəndin aşağı hissəsində 49 ailənin yaşadığı ərazidə suvarma və içməli su ilə bağlı müraciətlərinin rayon rəhbərliyinin tapşırığına əsasən yerində araşdırılması, müraciətə həssaslıqla yanaşılması barədə məlumat vermişdik. Təqdirəlayiq haldır ki, vətəndaşların qaldırdıqları məsələlər artıq öz müsbət həllini tapıb. Belə ki, sözügedən məsələ icra aparatının və aidiyyəti qurumların məsul əməkdaşlarının iştirakı yerində araşdırılıb və müsbət həll olunması üçün lazımi addımlar atılıb. Qazax RİH başçısının məsul işçilərinin rəhbərliyi ilə sakinlər tərəfindən uzunluğu 950 metr olan 3 məhəllədaxili su arxları təmizlənmiş, məhlələrə gələn içməli su xəttinə qoşulmuş əlavə xətlər kəsilmiş və 49 ailəni içməli su ilə təmin edən 01-96 nömrəli subartezian quyusuna yeni su çəni qoyularaq içməli su problemi köklü həll edilmişdir.

İyunun 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə yenidən Orta Salahlı kəndində olub, sakinlərlə görüşərək görülmüş işlərin nəticəsi ilə maraqlanıb.

Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.




Facebook-da paylaş


{sape_links}