Qazax RİH başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyə sədrlərinin və sudan istifadə birliklərinin 2025-ci ildə gördükləri işlərə və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Asim Osmanov, RİH başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və sudan istifadə birliklərinin direktorları iştirak ediblər. RİH başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin fəaliyyətindən söz açan rayon rəhbəri bundan sonra da öz fəaliyyətlərində vətəndaş amilini əsas götürmələrini, vətəndaş məmnunluğunun təmin olunmasına üstünlük vermələrini vurğulayıb. Bundan sonrakı işlərdə də bu amala xidmət etməli olduqlarını söyləyərək aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Yanvarın 28-də Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyə sədrlərinin və rayonda fəaliyyət göstərən sudan istifadə birliklərinin 2025-ci ildə gördükləri işlərə və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Bugünkü müşavirədə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyə sədrlərinin və rayonda fəaliyyət göstərən sudan istifadə birliklərinin 2025-ci ildə gördükləri işlərivə 2026-cı ildə qarşıda duran vəzifələri müzakirə etmək olduğunu bildirib. İcra başçısı qeyd edib ki, ölkəPrezidenti İlham Əliyevin səsləndirdiyi kimi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür”. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi bu fikirlərin bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində yol xəritəsi olduğunu diqqətə çatdırıb. “Hər bir dövlət məmuru bilməlidir ki, görülmüş bütün işlərin arxasında vətəndaş məmnunluğu dayanır”, - deyən icra başçısı cari ildə də vətəndaşların qaldırdıqları məsələlərə, etdikləri müraciətlərə həssaslıqla yanaşılmalı olduğunu bildirib.
Sudan istifadə birliklərinin fəaliyyətindən söz açan rayon rəhbəri vətəndaşların suvarma ilə bağlı müraciətlərinə daim həssas yanaşmalı olduqlarını qeyd edib. “Əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də sudan qənaətlə istifadə olunmasının vacibliyini dərk edərək bu sahədə olan tədbirlərə əməli işlərimizlə dəstək olmalıyıq”, - deyən icra başçısı vətəndaşlara bununla bağlı aidiyyəti şəxslər tərəfindən məlumat verilməli olduğunu qeyd edib. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük” fikrinin hər birimizə örnək olduğunu söyləyib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyindən söz açıb. Bunun üçün kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək qeyd edilən məsələlərə məsuliyyətlə yanaşmalarını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.





Facebook-da paylaş














