• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşı fərdi qəbul edib

Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə əks olunur. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.

Dekabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərindən müraciət etmiş 1 nəfər vətəndaşı istəyinə əsasən fərdi qəbul edib, müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.



Facebook-da paylaş


{sape_links}