İcra başçısı bugünkü fərdi qəbulda vətəndaşların müraciətini dinləyib
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Dekabrın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərindən, eləcə də rayonun Çaylı, Hüseynbəyli, Alpout, Fərəhli kəndlərindən müraciət etmiş 7 nəfər vətəndaşı istəklərinə əsasən fərdi qəbul edib, müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.
Bu gün dünya dövlətləri arasında tanınan, müstəqil, suveren dövlət kimi dörd bir yana səs salan ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.





Facebook-da paylaş















