Qazaxda şəhidlərin məzarları ziyarət olunmuşdur
Respublika mətbuatı Qazax haqqında 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Qazax rayonunun 5 nəfər igid oğlu da şəhidlik zirvəsinə yüksəldi. Yuxarı Salahlı kəndindən olan gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu qəhrəmanlıq göstərərək adlarını xalqımızın qəlbinə əbədi həkk etdilər. Onlar indi aramızda olmasalar da, xalqımız, eləcə də qazaxlılar onları daim yad edir, göstərdikləri qəhrəmanlıqlarla qürur duyurlar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri ilə birlikdə antiterror tədbirləri zamanı şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət etmişdir. Keçirilən tədbirdə çıxış edənlər qanları ilə şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr etdiklərini, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd etmişlər. Sabir ƏLİYEV, "Azərbaycan" qəzetinin bölgə müxbiri 21 sentyabr 2025-ci il
Facebook-da paylaş