• Təqvim

  • Maraq



Qazax rayonunda Qazax, Ağstafa və Tovuz sakinlərinin müraciətləri dinlənilib


Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin avqust ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Qazax rayonunda Qazax, Ağstafa və Tovuz sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Qazax rayonunda istilik enerjisi təchizatı sahəsində 2025-2026-cı illər payız-qış mövsümünə dair aparılan hazırlıq işləri ilə yaxından tanış olub.

https://azeristilik.gov.az/post/qazax-rayonunda-qazax-agstafa-ve-tovuz-sakinlerinin-muracietleri-dinlenilib



Facebook-da paylaş