• Təqvim

  • Maraq



Millət vəkili Ülviyyə Ağayeva bu gün Qazax rayonunun Xanlıqlar kəndində sakinlərlə görüşüb


İyunun 10-da 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Ağayeva Qazax rayonunun Xanlıqlar kəndində yaşayan seçiciləri ilə görüşüb. 

Millət vəkili Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Vəliyev, icra aparatının digər məsul əməkdaşları ilə birlikdə Xanlıqlar kəndinə gələrək sakinlərin müraciətlərini dinləyib. 


Millət vəkili Ülviyyə Ağayeva kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Millət vəkli hər zaman olduğu kimi, bugünkü görüşün də arxasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Millət vəkili sakinlərlə hər ay görüşlərin təşkil olunduğunu, bundan əlavə, vətəndaşlar tərəfindən ünvanlanmış ərizə və məktublara da həssaslıqla yanaşıldığını, baxıldığını bildirib. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. Hər bir dövlət məmurunun vəzifə borcunun vətəndaşlara qayğı ilə yanaşmaq, daim diqqət ayırmaq olduğunu qeyd edən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazax rayonunun gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Ü.Ağayeva rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşmüş, ümumi uzunluğu 14 km olan Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12,8 km hissəsinin əsaslı təmir olunmasını dövlətin, ölkə rəhbərinin vətəndaşına olan növbəti qayğısı kimi dəyərləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. 


Millət vəkili ilə səmimi söhbət edən kənd sakinlərindən Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, Xasay Balayev və başqaları dövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər. Rayonda, eləcə də yaşadıqları Xanlıqlar kəndində görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə kənd sakinləri adından bir daha minnətdarlıq ediblər. Millət vəkili ilə səmimi söhbət edən sakinlər onları narahat edən məsələləri də dilə gətiriblər. Sakinlərin kəndarası yolların asfaltlanması, kənddə sip kabelləşmə işinin davam etdirilməsi və s. bağlı müraciətlərini dinləyən millət vəkili hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib.



Facebook-da paylaş