Qazaxda Novruz yarmarkasına start verilib
Qarşıdan milli və qədim bayramımız olan Novruz bayramı yaxınlaşır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu bayrama xüsusi hazırlıq işləri görülür. Bayram tədbirləri ilə yanaşı, rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində təşkil olunan "Novruz” yarmarkası da həmin işlərin bariz nümunəsidir.
Martın 15-dən Qazax şəhərindəki Təzə Bazarda start götürən Novruz yarmarkasına müxtəlif çeşiddə məhsullar çıxarılıb. Bütün məhsullar bazar qiymətlərindən aşağı qiymətə satılır. Hətta, quzu əti alıcılara 10 manata, mal əti isə 8 manata təklif olunur.
Bugünkü yarmarkada alış-veriş edən sakinlər yarmarkanın təşkilindən, satışa çıxarılmış məhsulların çeşidlərindən və qiymətlərindən razı qaldıqlarını söyləyərək ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, yarmarkanın keçiriləcəyi ərazidə səliqə-səhman və abadlıq işləri aparılıb. Ümumilikdə, yarmarkanın rayon ərazisində yüksək səviyyədə təşkil olunması, istehsalçıların məhsullarının daşınması və yerləşdirilməsi, satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə xüsusi diqqət yetirilməsi, bazarla müqayisədə yarmarkada qiymətlərin daha əlverişli olması üçün hər cür şərait yaradılıb.
Dünəndən başlayan yarmarka 17,18,19 tarixlərində də təşkil olunacaq. Yarmarkanın imkanlarından rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər faydalana bilərlər.
15-16 mart 2019-cu il tarixlərində keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur
S/N |
Yarmarkanın keçirildiyi ünvan |
Məhsulun adı |
Ölçü vahidi (kq, litr, ədəd, dəstə) |
Qiyməti (manatla) |
1. |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi "Təzə bazar” |
Mal əti |
kq |
8 |
|
|
Quzu əti |
kq |
10 |
|
|
Kənd cücəsi |
ədəd |
4,00-5,00 |
|
|
Balıq |
kq |
4,00-6,00 |
|
|
Qoz |
kq |
3 |
|
|
Fındıq |
kq |
2,50 |
|
|
Üzüm |
kq |
1,20 |
|
|
Alma |
kq |
0,30-2,50 |
|
|
Nar |
kq |
1,50-3,00 |
|
|
Mandalin |
kq |
1,20-2,00 |
|
|
Apelsin |
kq |
1,30-2,00 |
|
|
Banan |
kq |
2,20 |
|
|
Heyva |
kq |
1,50 |
|
|
Limon |
kq |
1,80 |
|
|
Turp |
kq |
0,20 |
|
|
Kök |
kq |
0,50 |
|
|
Göyərti |
dəstə |
0,10-0,25 |
|
|
Çuğundur |
kq |
0,50 |
|
|
Bibər |
ədəd |
0,15 |
|
|
Kartof |
kq |
0,60 |
|
|
Soğan |
kq |
0,70 |
|
|
Kələm |
kq |
0,60-0,70 |
|
|
Pomidor |
kq |
3 |
|
|
Xiyar |
kq |
2-2,50 |
|
|
Kənd yumurtası |
ədəd |
0,15 |
|
|
Pendir |
kq |
3,00-4,00 |
|
|
Süd |
litr |
0,70 |
|
|
Qatıq |
litr |
0,70 |
|
|
Süzmə |
kq |
0,60-1,00 |
|
|
Şor |
kq |
1,80 |
|
|
Qaymaq |
kq |
4,00 |
|
|
Bal |
kq |
20-25 |
|
|
Noxud |
kq |
2,50 |
GOYEZEN.AZ
Facebook-da paylaş