• Təqvim

  • Maraq



Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri tərəfindən gənclərlə keçirilən görüşlər davam edir


Noyabrın 19-da Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri Qazax rayonunun daha 9 kəndində - Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Daş Salahlı, Qazaxbəyli, Çaylı, Bala Çaylı, Ürkməzli və Dəmirçilər kəndlərində yaşayan gənclərlə görüş keçiriblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanovun, Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura gənclərinin iştirakı ilə keçirilən görüşlərin əsas məqsədi gənclərin problemlərinin öyrənilməsi və aradan qaldırılması istiqamətində lazımi addımlar atmaqdır.  

Görüşlərdə ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənc və yeniyetmələrə göstərilən dövlət qayğısından, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Qazax rayonunda da nümunə götürülməsindən söz açılıb. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni həmişə diqqətdə saxladığı, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyini göstərə biləcək gənclər ordusunun yetişdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyü, mütəmadi olaraq gənclərlə görüşlər keçirildiyi diqqətə çatdırılıb. Bu gün Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının təşəbbüsü ilə keçirilən görüşlərin də bu məqsədə xidmət etdiyi vurğulanıb.  

Görüşlərdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşləri həmin qayğının bariz nümunəsi kimi qiymətləndiriblər. 

Səmimi söhbət əsasında keçən görüşdə gənclərin müraciət və təklifləri dinlənilib. Görüş zamanı  müraciətlər qeydə alınıb, bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Qeyd edək ki, görüşlər rayonun bütün yaşayış məntəqələrini əhatə edəcək. 

Aşağı Salahlı kəndində keçirilən görüş

Orta Salahlı və Qazaxbəyli kəndlərində keçirilən görüş

Yuxarı Salahlı kəndində keçirilən görüş

Daş Salahlı kəndində keçirilən görüş

Çaylı və Bala Çaylı kəndlərində keçirilən görüş

Ürkməzli və Dəmirçilər kəndlərində keçirilən görüş



Facebook-da paylaş