• Təqvim

  • Maraq



"Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışının yarımfinal mərhələsi olub


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışı sona yaxınlaşır. 

Qazax Gənclər Evində keçirilən intellektual turnirdə yarımfinal mərhələsi çərçivəsində 12 komanda mübarizəyə qoşulub. 60 gəncin iştirak etdiyi yarışda 20 sual səsləndirilib.

Nəticələrə əsasən, müstəqil "Likantropiya", Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin "Vurğun", Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin "Viktoriya" və Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin "Polo" komandaları final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsi sabah - 10 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşı qismində çıxış edir.



Facebook-da paylaş