• Təqvim

  • Maraq



Qazax gəncləri bu dəfə "Breyn Rinq" üzrə intellektual turnirdə iştirak ediblər


Qazax gəncləri bu dəfə "Breyn Rinq" üzrə intellektual turnirdə zəkalarını nümayiş etdirib.

Qazax Gənclər Evində keçirilən bilik yarışında 8 komandanın heyətində 40 gənc mübarizə aparıb. 

Komandalar daha əvvəl iki qrupda ən güclüləri müəyyənləşdirib. Burada fərqlənən 4 komanda final mərhələsinə yüksəlib. Yekun nəticələrə əsasən "F4T" komandası intellektual turnirin qalibi olub. "Regn go" və "Apeyron" komandaları isə müvafiq olaraq II və III pillələrdə qərarlaşıblar.

İlk üç yeri tutan komandaların üzvləri diplomlarla təltif olunublar. Qalib komandaya qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, intellektual turnir "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.



Facebook-da paylaş