• Təqvim

  • Maraq



12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib


Qazax Gənclər Evində 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş musiqili konsert proqramı təşkil edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş cəmi şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi təbrik edib, onlara uğurlar arzulayıblar.

Daha sonra tədbir müxtəlif növ musiqi, rəqs nümunələri və əyləncəli oyunlarla davam etdirilib.

Tədbirin sonunda aktiv gənclər diplomla təltif olunublar.



Facebook-da paylaş