• Təqvim

  • Maraq



“İnsan hüquqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib


Mayın 23-də "İnsan hüquqları aylığı" çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin, "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov giriş sözü ilə çıxış edərək bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini vətəndaşlar arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, insanlarda humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.


Daha sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Sahib Namazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək bu sahədəki mövcud qanunvericilik sahəsindən, dövlətimizin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan bəhs etmiş və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi hüquqlarından danışıblar.

 



Facebook-da paylaş