• Təqvim

  • Maraq



Gənclər 18 May - Beynəlxalq Muzeylər Günü ilə bağlı Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə ekskursiya ediblər


Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kolleci Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Günü ilə bağlı Qazax Tarix-Diyarşünaslıq Muzeyinə, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə tələbə gənclərin ekskursiyası təşkil olunub.

Gənclər ilk olaraq Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Sahib Namazov və muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək vurğulayıblar ki, Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında uğurla davam etdirilir. Çıxışlardan sonra cənab Prezident İlham Əliyevin Qazax Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirakını əks etdirən videoçarx nümayiş etdirilİB.

Sonra muzeyin bələdçisi Arzu Alıyeva gəncləri muzeydəki eksponatlarla yaxından tanış edərək onları maraqlandıran sualları cavablandırıb.

Daha sonra Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə ekskursiya edən gənclərə bələdçi Şamama Qocayeva tərəfindən şairlərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya



Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə ekskursiya



Facebook-da paylaş