Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş komandalardan ibarət intellektual bilik yarışı keçirilib
Mayın 5-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Canalı kənd tam orta məktəbin 8-ci sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş komandalardan ibarət intellektual bilik yarışı keçirilib.
Yarışda 8 komanda olmaqla ümumilikdə 40 nəfər şagird mübarizə aparıb.
Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydalarını, şərtlərini şagirdlərə ətraflı şəkildə izah edib. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş yarışın əhəmiyyətindən danışıb.
“Milan” komandasının üzvləri Mustafayev Cavad Sərxan oğlu, Məmmədli Zöhrab İntiqam oğlu, Məmmədli Ömər İntiqam oğlu, İsmayılov Nihad Emil oğlu, Abdullayeva Tərgül Emil qızı I yerin qalibi olublar.
“Titanik” komandasının üzvləri Musayeva Sehri Rüfət qızı, Mirzəyev Cahid Babək oğlu, Alməmmədov Mehraç Anar oğlu, İlyaslı Ömər Kamal oğlu, Əliyev Veyis Elxan oğlu II yerə layiq görülüblər.
“Ulduz” komandasının üzvləri Məmmədli Cəsarət Müşfiq oğlu, Musalı Mustafa Rüfət oğlu, Xəlilova Dilşad Anar qızı, Kazımov Asim Qurvan oğlu, Gülzalızadə Pəri Vüqar qızı III yeri tutublar.
Komandalar arasında olduqca maraqlı keçən intellektual bilik yarışında I yerə çıxmış komandanın üzvlərinə hədiyyə və diplom, II və III yerlərə çıxmış komandaların üzvlərinin hər birinə diplom təqdim edilib.
Facebook-da paylaş