• Təqvim

  • Maraq



"Qəhrəmanlarımızı tanıyaq!" layihəsi çərçivəsində "Qarabağa doğru" filmi nümayiş etdirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə gənclər "Qəhrəmanlarımızı tanıyaq!" layihəsində bir araya gəliblər.

Fəaliyyət çərçivəsində "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən ərsəyə gətirilən "Qarabağa doğru" filminin nümayişi həyata keçirilib. 

Qeyd edək ki, film 2016-cı ilin Aprel ayında torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun əziz xatirəsinə həsr olunub. 



Facebook-da paylaş