• Təqvim

  • Maraq



31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı  ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbir ilk olaraq soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 


"Qazax Gənclər evi" sosial xidmət müəssisənin direktoru Vüsal Hüseynov və Gənclərlərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təlim-tədris üzrə mütəxəssisi Abuhəyat Əfəndi çıxışlarında xalqımıza qarşı törədilən soyqırım hadisələrindən bəhs edərək xatırladıblar ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Daha sonra qeyd edilib ki, bu kimi faciələrin təkrar olunmaması üçün tariximizdən dərs götürməli və vətənpərvər gənclik yetişdirməyə davam etməliyik.

Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Gülayə Rüstəmzadə və Xəyal Şıxalıyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Gülnar Səmədova mövzu üzrə çıxış ediblər, eyni zamanda, o dövrdə baş verən hadisələr haqqında müzakirələr aparılıb.




Facebook-da paylaş