• Təqvim

  • Maraq



Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri arasında intellektual yarış keçirilib


Martın 30-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 8-ci sinif şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib. 

Yarışda 10 komanda olmaqla ümumilikdə 40 nəfər şagird mübarizə aparıb.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydalarını və şərtlərini şagirdlərə ətraflı şəkildə izah edib.

“Aypara” komandasının üzvləri Vəliyeva Günel Məmməd qızı, Vəliyev Vəli Məmməd oğlu, Qarabozova Rəfiqə Şahid qızı, Namazov Nihat Etibar oğlu I yerə layiq görülüblər.

“Neftçilər” komandasının üzvləri Allahyarova Zərnigar Zahid qızı, Eyyubov Vaqif Rövşən oğlu, Xaşalova Quba Fuad qızı, Nəsibov Məhəmməd Hidris oğlu II yeri tutublar.

“Qaliblər” komandasının üzvləri Mansurova Torksin Ülfət qızı, Qurbanova Elminaz Elman qızı, Cəfərov Musa Şahraz oğlu, Əlirzayev Aslan Daşqın oğlu isə III yeri qazanıblar. 

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda I yerə çıxmış komandanın üzvlərinə hədiyyə və diplom, II və III yerlərə çıxmış komandaların üzvlərinin hər birinə diplom, digər komandaların hər bir üzvünə isə sertifikat təqdim edilib.



Facebook-da paylaş