• Təqvim

  • Unutma

  • Maraq



"Milli adət-ənənələrimiz xalqımızın sərvətidir" başlığı altında gənclərlə görüş keçirilib


Martın 14-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Milli adət-ənənələrimiz xalqımızın sərvətidir" başlığı altında gənclərlə görüş keçirilib.

Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova açaraq iştirakçıları salamlayıb, milli bayramımız olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Y.Yusifova çıxışında bildirib ki, xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın ən zəngin milli mədəni irsi olan adət-ənənələrinin və bu əsasda formalaşdırılan milli mənəvi dəyərlər sisteminin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Vaxtilə Ümummilli Lider Heydər Əliyev cəsarətlə Azərbaycan xalqının öz kökündən, adət və ənənələrindən uzaqlaşdırılması yönündə Moskva tərəfindən atılan sərt addımların əleyhinə çıxırdı. Bu baxımdan Ulu Öndərin adət və ənənələrimizə bütün varlığı ilə bağlı olmasını onun xalqımızın ən qədim bayramı olan Novruza olan dərin sevgisi sübut edir. Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Dövlət başçısı bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

Azərbaycanda adət və ənənələrin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər günümüzdə də davam etdirilir. Bunu Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə hər il Novruz və digər milli bayramlarımızın yüksək səviyyədə keçirilməsi də sübut edir.

Daha sonra müəssisənin fəal könüllüləri mövzu ətrafında geniş çıxışlar ediblər.



Facebook-da paylaş