• Təqvim

  • Unutma

  • Maraq



"Rəqəmsal gənclik'' layihəsinə start verilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Rəqəmsal gənclik'' layihəsinə start verilib. 

Layihə çərçivəsində ilk təlim Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Peşə Təmayüllü Sinif"də baş tutub.

İKT mütəxəssisi Laçın Möyləverdili tərəfindən "Qlobal informasiya mühitində məlumat axtarış sistemlərindən səmərəli istifadə" mövzusunda keçirilən təlim aşağıdakı başlıqları əhatə edib: 

- Şəbəkə simuliyasiyaları;  

- "Google" haqqında ümumi anlayış; 

- Brauzer nədir?;

- Ən yaxşı brauzerlərin xüsusiyyətləri;

- "Opera" brauzeri;

- "Google Chrome" və "Yandex"in 15 əsas funksiyası; 

İnteraktiv şəkildə keçən fəaliyyətdə nəzəriyyə ilə yanaşı praktik hissəyə də üstünlük verilib.



Facebook-da paylaş