"Mənim peşəm, mənim gələcəyimdir'' layihəsi davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Mənim peşəm, mənim gələcəyimdir'' layihəsi davam edir. Fəaliyyət çərçivəsində gənclər növbəti dəfə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Peşə Təmayüllü Siniflər"ə səfər ediblər.
Gənclərə müəllim Rəşad Bayramov tərəfindən "bərbər köməkçisi" ixtisası üzrə ustad dərsi keçirilib. Ustad dərsində aşağıdakı istiqamətlər üzrə ətraflı məlumat verilib.
- Peşə seçimində bərbər ixtisasının xüsusi yeri;
- Əməyin təhlükəsizliyi və sağlamlığın qorunması təlimatlarına əməl etmək;
- Alət, avadanlıq və materiallarla tanışlıq;
- Alətlərlə işləmək üsullarını mənimsəmək;
- Saç kəsiminin forma və metodları və s.
İxtisas üzrə nəzəri hissə ilə yanaşı praktik hissəyə də üstünlük verilib.
Facebook-da paylaş