• Təqvim

  • Unutma

  • Maraq



Keçirilən tədbirlərdə fəallığı ilə fərqlənən gənclər mükafatlandırılıblar


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününün 26 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. 

"Gənclər həftəsi" çərçivəsində növbəti tədbir “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə təşkil olunub. 

Tədbirdə müəssisənin fəal gəncləri iştirak ediblər.

Gənclər əvvəlcə 2 Fevral - Azərbaycan Gəncləri Gününü onlara bəxş edən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar. 

Görüşdə Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov gəncləri salamlayıb, Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. 

Keçirilən tədbirlərdə fəallığı ilə fərqlənən bir neçə gənc hədiyyə və diplomla təltif edilib. 



Facebook-da paylaş