• Təqvim

  • Maraq



“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçiriib


“Heydər Əliyev İli” çərçivəsində yanvarın 18-də Qazax Rayon Gənclər və İdman İdarəsinin, idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin və fəal gənclərin iştirakı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçiriib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyev və  faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. V.Nəbiyev bildirib ki, 20 Yanvar faciəsində xalqının səsinə hər kəsdən əvvəl səs verən Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev oldu. Ümummilli Lider 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda belə bir addım, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq borclarını və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.


Daha sonra tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Müşviq Eyyubov, ağır atletika idman növü üzrə Rəayət Abdalov, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüləri Aydan Musayeva və Yetər Sadıqova mövzu ətrafında geniş çıxış ediblər. 

GOYEZEN.AZ



Facebook-da paylaş