Qazaxlı gənclər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər
Dekabrın 29-da Qazax Rayon Gənclər və İdman İdarəsi və “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı, gənc könüllülərin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylii Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Qazax Gənclər evində təşkil olunmuş bayram tədbirində ümumilikdə 80 nəfər iştirak edib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin, qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov və “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək iştirakçıları salamlayıb, gənclərə bayram təbriklərini çatdırıblar.
2022-ci il ərzində keçirilən tədbirlərdə fəal iştirak etmiş 40 nəfər gəncə Qazax Rayon Gənclər və İdman İdarəsinin və “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin hədiyyə və diplomları təqdim olunub.
Tədbir istedadlı və yaradıcı könüllülərin rəngarəng musiqi nömrələri ilə davam edib. Şaxta baba və qar qızın iştirakı tədbirə xüsusi rəng qatıb.
Facebook-da paylaş