Məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə maarifləndirici bukletlər paylanılıb
Dekabrın 16-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üçün hazırlanmış Tədbirlər Planının 12.2. Məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi bəndinin, eləcə də 12.2.3 yarımbəndinin icrası məqsədilə şəhər ərazisində maarifləndirici aksiya keçirilib.
Könüllülərdən ibarət 4 qrupun iştirakı ilə məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə hazırlanmış 91 ədəd maarifləndirici bukletlər paylanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş