• Təqvim

  • Maraq



Gənclər arasında “Turizmdə marketinq” mövzusunda təlim keçirilib


Dekabrın 16-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən təlimçi Gülanə Hüseynovanın iştirakı ilə gənclər arasında məşğulluq-sahibkarlıq sahəsi üzrə iqtisadi biliklərin artırılması məqsədilə “Turizmdə marketinq” mövzusunda təlim keçirilib.

Qazax Gənclər evində keçirilən tədbirdə ümumilikdə 28 nəfər iştirak edib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov təlim iştirakçılarını salamlayıb, təlimin işinə uğurlar arzulayıb. 

Təlim zamanı turizmdə marketinq, turizmdə menecment, turizm marketinqinin növləri mövzularına toxunulub. Diskusiya şəraitində keçən təlimdə gəncləri maraqlandıran suallar cavablandırılıb. 

Təlimdə iştirak edən 26 nəfər gəncə sertifikatlar təqdim olunub. 

GOYEZEN.AZ



Facebook-da paylaş