• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş komandalardan ibarət intellektual yarış keçirilib


Dekabrın 9-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş komandalardan ibarət intellektual yarış keçirilib.

Məktəbdə təşkil olunmuş yarışda 10 komanda olmaqla 40 nəfər şagird mübarizə aparıb.

Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə yarışı giriş sözü ilə açaraq şagirdləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə məktəblilərə ətraflı məlumat verib. 

“Günəş” komandasının üzvləri Əsgərov Aqil Kamil oğlu, Omarova Türkanə Qara qızı, Qasımov Kamal Bəhruz oğlu, Kosayev Sənan Ramiz oğlu yarışın birincisi olublar. 

“Qarabağ” komandasının üzvləri Məmmədov Yusif Tural oğlu, İbrahimli Samirə Samir qızı, İsmayılov Zaur Ələddin oğlu, Süleymanova Zəhra Firuddin qızı II yerə layiq görülüblər. 

“Göyəzən” komandasının üzvləri Mustafalı Aytac Anar qızı, Məmmədov Murad Kamil oğlu, Xasməmmədov Ruhin Ceyhun oğlu, Bayramova Nərgiz Eltifat qızı yarışın üçüncüsü adını alıblar.

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, hədiyyə və diplom, II və III yerə çıxmış komandaların üzvlərinə diplom, digər komandaların üzvlərinə isə sertifikat verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş