• Təqvim

  • Maraq



“Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda təlim keçirilib


Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda təlim keçirilib.

Təlim Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı baş tutub.

Təlimdə komissiyasının işçi qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev çıxış edərək  narkotik asılılığı probleminə dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

GOYEZEN.AZ



Facebook-da paylaş