• Təqvim

  • Maraq



Məktəblilərlə "Erkən nikahın qarşısının alınması" mövzusunda görüş keçirilib


Noyabrın 30-da “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə "Erkən nikahın qarşısının alınması" mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi Sevil Göyüşova açaraq şagirdləri salamlayıb, erkən nikah, məişət zorakılığı haqqında şagirdlərə məlumat verib. S.Göyüşova çıxışında qeyd edib ki, erkən nikah cəmiyyət üçün böyük təhlükədir və görüşün keçirilməsində əsas məqsəd erkən nikahın yaratdığı mənfi nəticələri göstərmək, problemin həllinə cəmiyyəti cəlb etmək, problemə və onun doğurduğu nəticələrə qarşı duyarlılığı artırmaqdır.

Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova çıxış edərək erkən nikahın yaratdığı fəsadlar (mənəvi, psixoloji və tibbi), erkən nikahın səbəbləri, qarşısının alınması yolları və ölkəmizdə bunun qarşısının alınması üçün görülən işlər haqqında geniş məlumat verib.

Sonda məktəblilər tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş