Məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğu keçirilib
Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası istiqamətində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür.
Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Milli Fəaliyyət Planının 12.2.2 bəndinin icrasını təmin etmək məqsədilə 20 nəfər könüllü gəncin iştirakı ilə rayonun müxtəlif ərazilərində məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğu keçirilib.
Sorğuda əhalinin müxtəlif yaş qrupundan 51 nəfər iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş