• Təqvim

  • Unutma

  • Maraq



“Gender nədir? Cins və gender” mövzusunda təlim keçirilib


Noyabrın 25-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən təlimçi Gülanə Hüseynovanın iştirakı ilə “Gender nədir? Cins və gender” mövzusunda təlim keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin baş mələhətçisi Səba Nəbiyeva təlim iştirakçılarını salamlayıb, təlimin işinə uğurlar arzulayıb.

Təlim zamanı gender nədir, cins və gender anlayışı, cinsi orientasiya və davranış, gender bərabərliyi, gender-əsaslı cins seçimi ilə mübarizə mövzularına toxunulub. 

Diskusiya şəraitində keçən təlimdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Təlimdə fəal iştirak edən 28 nəfər gəncə sertifikatlar təqdim olunub. 

Tədbirdə ümumilikdə 45 nəfər gənc iştirak edib.

GOYEZEN.AZ



Facebook-da paylaş