• Təqvim

  • Maraq



“Mən, öz hüquqlarımı bilirəm” başlığı altında uşaqlarla görüş keçirilib


Noyabrın 15-də “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçıllğı ilə “Mən, öz hüquqlarımı bilirəm” başlığı altında uşaqlarla görüş keçirilib.

Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq iştirakçıları salamlayıb, şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verib.

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək vurğulayıb ki, aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdan ibarətdir. Uşaqlara diqqətin artırılması, onların müdafiə olunması, təhlükəsizliklərinin təmin olunması, uşaq sağlamlığına diqqətin artırılması, onlar üçün sağlam mühitin yaradılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə belə tədbirlərin bundan sonra da keçiriləcəyini bildirib.

Daha sonra uşaq hüquqları sahəsində uşaqların hazırladıqları səhnəciklər nümayiş olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş