• Təqvim

  • Maraq



Gənclər arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş intellektual turnir keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Ağstafa nümayəndəliklərinin birgə təşkilatçılığı ilə hər iki rayondan olan gənclər arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş intellektual turnir keçirilib. 

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 5 komanda mübarizə aparıb. 19 gəncin iştirak etdiyi turnirdə 24 sual səsləndirilib.

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "Error" komandası yarışın qalibi olub. "Eagle" II, "Navigans" isə III yeri tutub.

Yekunda qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş